Əfqanıstanda prezidentliyə namizədlərin adlarının qeydə alınması başlandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330926-Əfqanıstanda_prezidentliyə_namizədlərin_adlarının_qeydə_alınması_başlandı
Əfqanıstanın Müstəqil Seçki Komissiyasının sözçüsü prezident seçkilərinə namizədlərin adlarının qeydə alınmasının birinci günündə 22 nəfərin o cümlədən bəzi sabiq dövlət rəsmilərinin adlarının qeydə alınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2018 15:26 Asia/Baku
  • Əfqanıstanda prezidentliyə namizədlərin adlarının qeydə alınması başlandı
    Əfqanıstanda prezidentliyə namizədlərin adlarının qeydə alınması başlandı

Əfqanıstanın Müstəqil Seçki Komissiyasının sözçüsü prezident seçkilərinə namizədlərin adlarının qeydə alınmasının birinci günündə 22 nəfərin o cümlədən bəzi sabiq dövlət rəsmilərinin adlarının qeydə alınmasından xəbər verib.

Əfqanıstan dövlətinin icraedici başçısı Abdullah Abdullah və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni də adları prezident seçkilərində namizəd olaraq qeydə alınanlar sırasındadırlar.

Əfqanıstanın seçki təqviminə əsasən bu ölkədə prezidentliyə namizədlərin adlarının qeydə alınması şənbə günü 22 dekabrda başlanıb və 12 gün davam edəcək. 8 yanvarda isə namizədlərin adlarının yekun siyahısı elan olunacaq.

Əfqanıstanda prezident seçkiləri 20 aprel 2019-cu ildə keçiriləcək.