Dek 25, 2018 13:40 Asia/Baku
  • Qəzzə zolağında fələstinlilər plastik güllələr və gözyaşardıcı qazlar ilə hədəfə alındı
    Qəzzə zolağında fələstinlilər plastik güllələr və gözyaşardıcı qazlar ilə hədəfə alındı

İsrail hərbçiləri fələstinlilərin Qəzzənin mühasirəsini yarmaq üzrə 21-ci dəniz yürüşü zamanı plastik güllələr və gözyaşardıcı qazlar ilə onları hədəfə alıblar.

Qəzzə zolağının mühasirəsini yarmaq üçün 21-ci dəniz yürüşü "Qanımız Fələstinin Azadlığının Yol Xəritəsidir".

İRİB-nin verdiyi məlumata görə Qəzzənin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə isə İsrail hərbçilərinin atəş açması nəticəsində 14 nəfərin yaralandığını bildirib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, onlarla fələstinli də İsrail hərbçilərinin istifadə etdiyi gözyaşardıcı qaz nəticəsində tənəffüs problemi ilə üzləşib.

İsrailin dəniz qüvvələri də fələstinlilərin qayıqlarına tərəf atəş açıblar.

İsrail hərbçilərinin hücumlarında Xan Yunusun şərqində, Xəzaə məntəqəsində də iki fələstinli güllə yarası alıb.

Qəzzə zolağı 2006-cı ildən mühasirədədir. Məntəqə sakinləri mühasirə üzündən ciddi problemlərlə üzləşiblər.

Fələstinlilərin "Qayıdış Haqqı" yürüşü 30 mart 2018-ci il tarixindən başlayıb. Bu yürüşdə məqsəd Qəzzənin mühasirəsini yarmaq və fələstinli qaçqınların öz evlərinə qayıtmaq haqqına təkiddir. İndiyə kimi Qayıdış Haqqı yürüşündə 250 nəfər şəhid olub.

Teqlər