İsrail Knesseti vaxtından əvvəl seçkilərə gedir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331180-İsrail_knesseti_vaxtından_əvvəl_seçkilərə_gedir
İsrail Knesseti çərşənbə günü parlamentin buraxılması və vaxtından əvvəl seçkilərin keçirilməsinə səs verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2018 08:47 Asia/Baku
  • İsrail Knesseti
    İsrail Knesseti

İsrail Knesseti çərşənbə günü parlamentin buraxılması və vaxtından əvvəl seçkilərin keçirilməsinə səs verdi.

Bundan öncə İsrail rejiminin nazirlər kabineti bazar ertəsi günü baş nazir Benyamin Netanyahunun nazirlər kabinetinin saxlanılmasına dair koalisiya üzvləri arasında razılığın əldə edilmədiyini bildirmişdi. 

İsrail mediaları da sionist rejimin nazirlər kabineti və parlamentinin buraxıldığını elan edərək, 2019-cu ilin aprelində vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini bildiriblər. 

İsrail rejiminin nazirlər kabinetində ixtilafların dərinləşməsinin başlıca səbəbi bu rejimin Qəzzə zolağına olan son hücumdakı uğursuzluğu və tərəflər arasında atəşkəsin elan edilməsinin ardınca müharibə və maliyyə nazirlərinin istefa verməsi olub. 

Fələstinli müqavimət qüvvələri müharibə naziri Aviqdor Libermanın istefa verməsini İsrail rejiminin Fələstin müqaviməti qarşısındakı məğlubiyyətinin nişanəsi adlandırıblar.