General-mayor Səfəvi: İranın nüfuzu Aralıq dənizinə çatıb
İran İslam Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanının köməkçisi və müşaviri deyib: İran İslam Respublikasının nüfuzu bu gün Aralıq dənizinə çatıb.
General-mayor Yəhya Rəhim Səfəvi cümə axşamı Təbrizin İncəsənət Universitetində ABŞ hökumətinin üzləşdiyi daxili və beynəlxalq problemlərə işarə edərək, deyib: İstefa dalğası ABŞ-ın tamahkar və cinayətkar hökumətinin süqut etməkdə olan qüdrətinin nişanəsidir.
İran İslam Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanının köməkçisi və müşaviri deyib: ABŞ ciddi iqtisadi problem ilə üz-üzədir. Və elə buna görə də Çin ABŞ-dan önə keçərək, 2030-cu ilə kimi dünyanın birinci iqtisadi qüdrətinə çevirmək istəyir.
O, ABŞ-ın regiondakı böyük səhvlərinə işarə edərək, deyib: ABŞ-ın Əfqanıstan və İraqa hücumu yanlış hərəkət idi. Bu müharibələrə 11 trilyon dollar vəsait xərcləndi. Və Əfqanıstan müharibəsi ABŞ ordusunun 20 min hərbçisinin ölməsi və yaralanmasına səbəb oldu.
General-mayor Rəhim Səfəvi İslam İnqilabının Böyük Rəhbərinin ABŞ-ın Asiyanın qərbindən çıxmasına dair təkidlərinə işarə edərək, deyib: İraq prezidentinin Eynül Əsəd hava bazasında ABŞ prezidenti Donald Tramp ilə görüşdən imtina etməsi ABŞ-ın artıq həmin Amerika olmadığına dəlalət edir.