"Sairun" koalisiyası ABŞ hərbçilərinin İraqdan çıxarılmasına dair qanun qəbul edilməsini istədi
İraq Parlamentində Sədr cərəyanına bağlı "Sairun" fraksiyası ABŞ hərbçilərinin İraqdan çıxarılmasına dair təcili qanun qəbul edilməsni istədi.
Bağdad Əl-Yəum informasiya portalının məlumatına görə, İraq Parlamentində "Sairun" fraksiyasının üzvlərindən olan Salam Şəmiri bu gün bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İraqın Əl-Ənbar vilayətində, Eynül-Əsəd hava bazasında səsləndirdiyi qalmaqallı fikirlərə reaksiya olaraq İraqın siyasi qruplarından ABŞ hərbçilərinin ölkədən çıxarılmasına dair qanun qəbul etmələrini istəyib.
Şəmiri ABŞ prezidentinin öncədən elan edilməmiş qaydada İraqa olan səfərini diplomatik qaydaların pozulması və beynəlxalq qanunların aşkar şəkildə tapdalanması adlandırıb, İraqın bütün siyasi və milli partiya və qruplarından ABŞ-ın İraqın müstəqilliyi və milli hakimiyyətinə hörmətsizliyinə reaksiya vermələrin istəyib.
O, İraqdakı ABŞ hərbçilərini qonşu ölkələr üçün davamlı təhdid adlandırıb və deyib: İraq parlamenti iraqlıların qanuni nümayəndəsi olaraq, İraqın milli hakimiyyətinin davamlı şəkildə pozulması qarşısında aydın və təcili mövqe bildirməlidir.
"Sairun" fraksiyasının digər üzvlərindən olan Camal Faxir də Trampın Əl-Ənbar vilayətinə olan səfərini ABŞ terrorizminin İraq və regiondakı qurbanlarına hörmətsizlik adlandırıb və deyib: İraq Parlamenti bu ölkəni işğal etmiş bir qüvvə kimi ABŞ hərbçilərinin İraqdan çıxarılması istiqamətində təcili addım atmalıdır.