Mənbicdə Suriya bayrağı dalğalanıb
Suriya ordusu baş qərargahı Suriya ordu bölmələrinin Mənbic şəhərinə daxil olması və bu şəhərdə Suriya bayrağının dalğalanmasından xəbər verib.
Suriya xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu baş qərargahı Suriya dövlətinin milli hakimiyyətinin ölkənin hər bir qarışında təmin olunması üzrə ordunun milli öhdəliklərinə təkid edərək deyib: Suriya ordusu bölmələrinin Mənbicə daxil olması həm də bu şəhər sakinlərinin tələbi nəzərə alınaraq həyata keçirilib.
Suriya ordusunun baş qərargahının bəyanatında ölkə xalqının milli hakimiyyətin qorunması, terrorçuların məhv edilməsi, təcavüzkarlar və işğalçıların ölkə ərazilərindən qovulması sahəsindəki davamlı səylərinə xüsusi təkid olunaraq bildirilir ki, Suriya silahlı qüvvələri xalqın və bu ölkədə yaşayan insanların tam təhlükəsizliyinə təminat verir.