Ümumdünya Ərzaq Proqramı: 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331478-Ümumdünya_Ərzaq_proqramı_20_milyon_yəmənli_qida_çatışmazlığı_ilə_üzləşir
BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəmənin durumunu faciəli adlandırıb. Bildirib ki, 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2018 09:11 Asia/Baku
  • Ümumdünya Ərzaq Proqramı: 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir
    Ümumdünya Ərzaq Proqramı: 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir

BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəmənin durumunu faciəli adlandırıb. Bildirib ki, 20 milyon yəmənli qida çatışmazlığı ilə üzləşir.

Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, Yəmən xalqı qida əmin-amansızlığı altında yaşayır.

Bu proqramın direktoru da son zamanlar bildirmişdi ki, on səkkiz milyon yəmənli aclıq təhlükəsi qarşısındadır.

Devid Bisli həmçinin Yəmən savaşına son qoyulması vacibliyini vurğulamış və qeyd etmişdi ki, Yəmən xəstəxanalarında xəstələrin durumu faciəlidir.

BMT-nin humanitar məsələlər üzrə Yəməndəki koordinatoru Liz Qrandi də son zamanlar xəbərdarlıq etmişdi ki, Yəməndə müharibənin davam etməsi bu ölkədə ümumölkə qıtlığı ilə nəticələnəcəkdir.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.