Dek 30, 2018 19:07 Asia/Baku
  • Sionist qəsbkarlar Qüdsə və qərb sahilinə basqın ediblər
    Sionist qəsbkarlar Qüdsə və qərb sahilinə basqın ediblər

Fələstinli mənbələr sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə qarşı geniş basqınlarından və bir qrup fələstinlini həbs etmələrindən xəbər veriblər.

Qüdsü işğal etmiş rejimin hərbçiləri bu gün işğal olunmuş Qüdsə, həmçinin Ramullah, Beyt-Ləhm və əl-Xəlildəki məntəqələrə və Nablus şəhərinin "İraq Burin" kəndinə basqın ediblər.

Qüdsü işğal etmiş rejimin patrul dəstələri Nablus şəhərinin "İraq Burin" kəndinə basqın edərək, kənd şurası binasının ətrafında yerləşiblər.

Sionist hərbçilər həmçinin əl-Xəlilin cənubunda yerləşən Yəta şəhərinin şərqindəki əl-Hudəydiyyə məntəqəsində Muhəmməd Əbdulhəmid Hərbin və Nəim Muhəmməd Şənaranın mənzillərinə hücum edərək, bu mənzilləri təftiş edib və onların sakinlərini döyüblər.

Teqlər