İraq və Suriya bir-birilərinin ərazilərində əməliyyat keçirmək barədə razılaşıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331506-İraq_və_suriya_bir_birilərinin_ərazilərində_əməliyyat_keçirmək_barədə_razılaşıblar
İraq və Suriya cinayətkar qruplarla mübarizə üçün bir-biriləri ilə təhlükəsizlik koordinasiyalarının artırılması barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2018 09:11 Asia/Baku
  • İraq və Suriya bir-birilərinin ərazilərində əməliyyat keçirmək barədə razılaşıblar
    İraq və Suriya bir-birilərinin ərazilərində əməliyyat keçirmək barədə razılaşıblar

İraq və Suriya cinayətkar qruplarla mübarizə üçün bir-biriləri ilə təhlükəsizlik koordinasiyalarının artırılması barədə razılığa gəliblər.

Əl-Məyadin telekanalının məlumatına görə, bu razılaşmaya görə, İraq və Suriya iki ölkənin ərazilərində hava və quru əməliyyatlarının keçirilməsini bir-birilərinə xəbər verəcək və daha digər tərəfin razılığını gözləməyəcəklər.

Suriya prezidenti Bəşşar Əsəd bir neçə gün bundan öncə İraqın baş naziri Adil Əbdulməhdinin müraciətini Suriyada səfərdə olan İraq milli təhlükəsizlik müşaviri Falih əl-Fəyyazdan almışdı.