Yəmənlilər geniş akaiya keçiriblər
Yan 02, 2019 10:36 Asia/Baku
-
Yəmənlilər geniş akaiya keçiriblər
Yəmən xalqı Əl-Hüdəydə liman şəhərində geniş aksiya keçirərək Səudiyyə koalisiyasının hərbi təyyarələri tərəfindən atəşkəsin pozulmasını pisləyiblər.
İRNA-nın verdiyi məlumata görə, etirazçı yəmənlilər əllərində daşıdıqları plakatlarda BMT rəhbərlərindən İsveç sülh razılaşmasının icrasına və təcavüzkar hərbçilərin Əl-Hüdəydəni tərk etmələrinə nəzarət etməsini istəyiblər.
Yəmənli aksiyaçılar həmçinin ölkələrinin mühasirəsinə son qoyulması, Əl-Hüdəydə limanının fəaliyyətinin yenidən bərpa edilməsini istəyiblər.
Əl-Hüdəydə valisinin müavini Əbdürrəhman Əccəmainin dediyinə görə, dünənki aksiya BMT rəsmilərinin Yəməndə olmalarına rəğmən keçirilib.