Şeyx Nimr Baqirəl-Nimrin şəhadətinin ildönümü
Yan 02, 2019 07:07 Asia/Baku
-
Şeyx Nimr Baqirəl-Nimrin şəhadətinin ildönümü
Bu gün yanvarın 2-i səudiyyəli mübarizə ruhani Şeyx Nimr Baqirəl-Nimrin şəhadətinin 3-cü ildönümü günüdür.
Şeyx Nimr Baqirəl-Nimr 2012-ci ildə Ali-Səud rejimi tərəfindən həbs edildi və 2015-ci il 15 oktyabrda Səudiyyə Ərəbistanının cinayət məhkəməsi onu milli təhlükəsizliyə qarşı təşəbbüslərdə ittiham edərək ona insanların gözü önündə qılıncla edam və xaça çəkilmə hökmü verdi.
Şeyx Nimr Baqirəl-Nimr 2016-cı il 2 yanvarda Səudiyyə rejimini tənqid etmək ittihamı ilə edam edildi.
Səudiyyə rejiminin bu hərəkətindən sonra müxtəlif ölkələrdə müsəlmanlar Səudiyyə Ərəbistanının bu cinayətini pislədilər.