Bir qrup səud təcavüzkarı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331744-bir_qrup_səud_təcavüzkarı_məhv_edilib
Yəmənin ordusu və xalq komitələri qüvvələri Ərəbistanın Cizan və Yəmənin Həccə əyalətlərində keçirdikləri iki əməliyyatda bir qrup səud muzduru və hərbçisini məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2019 07:21 Asia/Baku
  • Bir qrup səud təcavüzkarı məhv edilib

Yəmənin ordusu və xalq komitələri qüvvələri Ərəbistanın Cizan və Yəmənin Həccə əyalətlərində keçirdikləri iki əməliyyatda bir qrup səud muzduru və hərbçisini məhv ediblər.

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin snayperləri səud qırıcılarının bu ölkəyə qarşı hücumlarına cavab veriblər. Onlar Ərəbistanın cənubunda yerləşən Cizan şəhərinin əl-Sətlə məntəqəsində səud hərbçilərinin mövqelərini hədəfə alıb və iki səud muzdurunu məhv ediblər.

Yəmənin Həccə əyalətində də bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin snayperləri Midi səhrasının şimalında üç sudanlı muzdur hərbçini hədəfə alıblar.

Belə bir halda, təcavüzkar səud qırıcıları dörd dəfə Yəmənin Səədə əyalərinin əl-Zahir rayonunu bombalayıblar.