Amerikan koalisiyanın hava hücumunda bir qrup suriyalı mülki öldürülüb
Yan 04, 2019 08:43 Asia/Baku
ABŞ-ın başçılıq etdiyi üzdəniraq anti-İŞİD beynəlxalq koalisiyasının Suriyanın Diyrəzzur vilayətinin ətrafına qarşı hücumunda azı on bir suriyalı mülki öldürülüb.
Amerikan koalisiyanın qırıcıları Diyrəzzur vilayətinin ətrafında yerləşən əl-Şəəfə qəsəbəsini bombalayıblar. Nəticədə digər bir qrup suriyalı mülki yaralanıbdır.
2018-ci ilin dekabrında da amerikan koalisiya qırıcılarının Suriyanın Diyrəzzur vilayətində yerləşən bir kəndə qarşı hücumunda on yeddi sivil həyatını itirmişdi.
Teqlər