Əl-Hüdəydədə Səudiyyə koalisiyasına qarşı aksiya
Əl-Hüdəydə şəhərində minlərlə sakin İsveç razılaşmasının Səudiyyə və BƏƏ koalisiyası tərəfindən icra olunmamasına qarşı aksiya keçirib.
Əl-Hüdəydə şəhəri barədə İsveç razılaşmasından 1 ayın keçməsinə, Ənsarullah və Yəmən ordusu tərəfindən həmin razılaşmaya əməl edilməsinə rəğmən Səudiyyə-BƏƏ təcavüzkar koalisiyası razılaşmaya sadiq qalmır.
Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Əl-Hüdəydə şəhərində minlərlə sakin dünən aksiya keçirərək Stokholm razılaşmasının tam icra edilməsini istəyib.
Eyni zamanda Ənsarullah hərəkatının siyasi şürasının üzvü Əbdül-Vəhab Əl-Məhbəşi Əl-Məyadin telekanalına müsahibəsində BMT-ni İsveç razılaşmasının icrası keyfiyyəti barədə hesabat verməyə çağıraraq deyib: Təcavüzkar Səudiyyə koalisiyası atəşkəs və öz hərbçilərini Əl-Hüdəydədən çıxarmaq üzrə öhdəliklərini indiyədək yerinə yetirməyib və atəşkəsin davamlı şəkildə pozulması davam edir.
2018-ci il 13 dekabrda İsveçini paytaxtı Stokholmda Səna və Ərrəyad heyətləri arasında əldə olunan razılaşmaya əsasən tərəflər Əl-Hüdəydə şəhəri və Əssəlif, Rəy İsa və Əl-Hüdəydə limanlarındakı qüvvələrini geri çağırlmalıdırlar. Ancaq bu şəhər şurasının bildirdiyinə görə, Səudiyyə koalisiyası indiyədək bu öhdəliyini yerinə yetirməyib.
BMT 29 dekabrda bir bəyanatda Ənsarullah qüvvələri və Yəmən ordusunun Əl-Hüdəydəni tərk etdiklərini təsdiqlədi.