Təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanına və tibb institutuna hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331886-təcavüzkar_səud_koalisiyası_əl_hudəydə_hava_limanına_və_tibb_institutuna_hücum_edib
Təcavüzkar səud koalisiyası dünən gecə bir daha Yəmənin əl-Hudəydə şəhərində atəşkəsi pozubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2019 09:14 Asia/Baku
  • Təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanına və tibb institutuna hücum edib
    Təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanına və tibb institutuna hücum edib

Təcavüzkar səud koalisiyası dünən gecə bir daha Yəmənin əl-Hudəydə şəhərində atəşkəsi pozubdur.

Yəmənin əl-Məsirə telekanalı bildirib ki, təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanını və tibb institutunu hədəfə alıbdır.

Bu hücumun törətdiyi xəsarət və tələfat barədə hələ bir məlumat yayılmayıbdır.

Təcavüzkar səud koalisiyasının qüvvələri həmçinin əl-Hudəydənin "Şarə 90" məntəqəsində yerləşən əl-Şəbab qəsəbəsinin hava limanını və tibb institutunu yarımağır silahlarla atəşə tutublar.

Təcavüzkar səud koalisiyasının qırıcıları da dünən gecə Səədə əyalətinin əl-Zahir rayonunun əl-Mədafin məntəqəsini bombardman ediblər.

Səud koalisiyasının əl-Hudəydəyə qarşı hücumları elə bir halda davam edir ki, minlərlə yəmənli cümə günü bu şəhərdə aksiya keçirərək, səudların atəşkəsə sadiq qalmalarını istəmişdi.

İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.

Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.