Livan Hizbullahı: Suriya böyük ölkələr tərəfindən muzda götürülmüş terrorçuları məhv etdi
Yan 06, 2019 18:02 Asia/Baku
-
Livan Hizbullahı: Suriya böyük ölkələr tərəfindən muzda götürülmüş terrorçuları məhv etdi
Livan Hizbullahı-nın baş katib müavini deyib ki, Suriya böyük ölkələr tərəfindən muzda götürülmüş terrorçuları məğlub etdi.
Şeyx Nəim Qasim ordu, xalq və müqavimət parametrinə sədaqəti vurğulayaraq, əlavə edib: Sionist rejimin və regiondakı tərəfdarlarının fitnələrinin aradan götürülməsində və ərazilərin azad edilməsində səmərəli və fəal şəkildə paya malik olmuş müqavimət mehvəri döyüş meydanında qalacaqdır.
Livanın parlament üzvü Əbddurrəhim Murad da Suriyanın rəsmi SANA xəbər agentliyi ilə müsahibədə deyib: Əgər Suriya terrorizmlə mübarizədə qalib gəlməsəydi, terrorizm bütün dünyaya, o cümlədən Avropa ölkələrinə çatmışdı.