Suriyada təkfirçi terrorçular arasındakı toqquşmalarda 200-dən çox terrorçu öldürülüb
-
Suriyada təkfirçi terrorçular arasındakı toqquşmalarda 200-dən çox terrorçu öldürülüb
Suriyanın İdlib və Hələb şəhərləri ətrafında təkfirçi terrorçuların bir-biriləri ilə silahlı toqquşmalarının ardınca hər iki tərəfin ünsürlərindən 200 nəfər öldürülüb və yüzlərlə nəfər də yaralanıbdır.
"Milli azadlıq cəbhəsi" adlı terror qrupu ilə "Cibhətunnusrə"nin tabeliyində olan "Heyəti Təhrirulşam heyəti" adlı terror qrupu arasındakı daxili döyüşlər yanvarın birindən başlanıb və terror qruplarının hər biri şimal məntəqələrində öz nüfuzunu artırmağa çalışır.
Onlarla terrorçunun cəsədi hələ də Mərə əl-Niman-Səraqəb beynəlxalq şose yolunun ətrafında yer üzərində qalıbdır.
Bundan öncə Türkiyədən dəstək alan "Milli azadlıq cəbhəsi" adlı terror qrupunun tabeliyində olan "Nurəddin əl-Zənki" terror qruplaşması son zamanlar "Cibhətunnusrə" terrorçularına məğlub olduqdan sonra özünün buraxıldığını elan etdi.
Terrorçulara yaxın olan mediaların bildirdiklərinə görə, özlərinin Suriyadakı son gizli məkanlarında qalmış İŞİD qalıqları arasında təslim olmaq və ya olmamaq üstündəki ixtilaflar şiddətlənibdir.