Yəmənli rəsmi: BMT əsirlər mübadiləsində Ərriyad və Əbu-Dəbinin sabotajına son qoysun
Yan 07, 2019 17:23 Asia/Baku
-
Yəmənli rəsmi: BMT əsirlər mübadiləsində Ərriyad və Əbu-Dəbinin sabotajına son qoysun
Yəmən əsirlərinin məsələləri üzrə milli komitənin sədri Ərriyad və Əbu-Dəbinin əsirlər mübadiləsindəki sabotajına toxunaraq, BMT-dən istəyibdir ki, əsirlər mübadiləsi razılaşmasının icrasında səud koalisiyasının sabotajına mane olsun.
Yəmən əsirlərinin məsələləri üzrə milli komitənin sədri Əbdulqadir Murtəza BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsinin canişini Məin Şərim ilə görüşdə deyib ki, səud koalisiyası öz məhbəslərində yüzlərlə yəmənli əsirin olmasını inkar edibdir.