Yan 08, 2019 11:46 Asia/Baku
  • Suriya - Kürd yaraqlıları
    Suriya - Kürd yaraqlıları

İŞİD terror qruplaşmasının Rəqqə şəhərinə hücum etməsi nəticəsində 5 nəfər həlak olub.

Rusiya Əl-Yəum informasiya kanalı Suriya mənbələrinə istinadla bildirib: Bazar ertəsi günü İŞİD terrorçularının Suriyanın Rəqqə şəhərində kürd yaraqlılarının nəzarəti altında olan bir yoxlama-buraxılış məntəqəsinə etdikləri kamikadze hücumunda 5 nəfər ölüb, 8 nəfər də yaralanıb. 

Ölənlərdən biri kürd yaraqlısı, dördü isə mülkidir. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, hadisə qurbanlarının sayının artacağı ehtimal edilir. 

İŞİD kürd yaraqlılarının qərargahına edilən hücumun məsuliyyətini üzərinə götürüb. 

Suriyanın şimal-şərqində yerləşən Rəqqə şəhəri 4 il müddətinə İŞİD terrorçularının Suriyadakı əsas qərargahı olub. 2017-ci ildə bu şəhər ABŞ-ın himayəsində olan kürd yaraqlıları tərəfindən ələ keçirildi. 

Suriya ötən 7 ildir ki, Qərb dövlətləri və bəzi ərəb rejimlərinin himayə etdikləri terrorçu qrupların hücumlarının şahididir. Bu müddət ərzində yüz minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb. 

Teqlər