Səudiyyə həbsxanalarında 5 min təhlükəsizlik məhbusu var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332172-səudiyyə_həbsxanalarında_5_min_təhlükəsizlik_məhbusu_var
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, 2018-ci il 13 dekabrdan indiyədək 65 nəfər təhlükəsilzik zəminində cinayət adlandırdığı ittihamla həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2019 14:04 Asia/Baku
  • Səudiyyə həbsxanalarında 5 min təhlükəsizlik məhbusu var
    Səudiyyə həbsxanalarında 5 min təhlükəsizlik məhbusu var

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib ki, 2018-ci il 13 dekabrdan indiyədək 65 nəfər təhlükəsilzik zəminində cinayət adlandırdığı ittihamla həbs edilib.

Səudiyyə qəzeti olan Okazın yazdığına görə, saxlanılanlardan 46 nəfəri Səudiyyə vətəndaşıdır və Əl-Qətifdə aparılan əməliyyatda həbs edilib. 

Saxlanılanlar arasında Suriya, Pakistan, Efyopiya,  Bəhreyn, İraq, Marakeş və Nigeriya vətəndaşları da var. 

Səudiyyə Ərəbistanı Xarici işlər Nazirliyi də etiraf edib ki, növbəti həbslərlə təhlükəsizlik zəminində həbs edilənlərin sayı 5 min 402 nəfərə çatıb. 

İnsan haqları gözətçiləri təşkilatı ötən il Səudiyyə Ərəbistanını minlərlə insanı mühakiməsiz həbsxanalarda saxlamaqda ittiham edib. 

Bu təşkilatın hesabatında görə, bəzi məhbuslar hətta 10 ildən çoxdur mühakimə olunmadan həbsdə saxlanılmaqdadırlar.