Ərəbistana 2 ədəd "Zəlzal-1" raketi atılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332302-Ərəbistana_2_ədəd_zəlzal_1_raketi_atılıb
Yəmən ordusu və xalq komitələri "Zəlzal-1" tipindən olan iki ədəd yerli ballistik raketlə səud muzdurlarının Ərəbistanın cənubundakı Nəcran məntəqəsində yerləşən "əl-Bəə" çölündəki mövqelərini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2019 06:48 Asia/Baku
  • Ərəbistana 2 ədəd
    Ərəbistana 2 ədəd "Zəlzal-1" raketi atılıb

Yəmən ordusu və xalq komitələri "Zəlzal-1" tipindən olan iki ədəd yerli ballistik raketlə səud muzdurlarının Ərəbistanın cənubundakı Nəcran məntəqəsində yerləşən "əl-Bəə" çölündəki mövqelərini hədəfə alıblar.

Bu raket hücumunun törətdiyi xəsarət və tələfat barədə hələ bir məlumat əldə olunmayıbdır.

Yəmənin bu günlər həyata keçirdiyi raket hücumları təcavüzkar səud koalisiyasının İsveç razılaşmasını pozması və əl-Hudəydədə atəşkəsə sadiq qalmamasına cavab olaraq reallaşdırılır.

Sənadan göndərilmiş heyət ilə Ərriyad heyəti arasında İsveçdə razılaşdırılmış atəşkəs ötən il dekabrın 18-də əl-Hudəydə şəhərində başlandı, amma səud koalisiyası hər gün onu pozur.

Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımlar göndərmək üçün əsas marşrutdur.