Yəmənin istefa vermiş dövlətinin hərbi kəşfiyyat aparatının rəhbəri öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332307-yəmənin_istefa_vermiş_dövlətinin_hərbi_kəşfiyyat_aparatının_rəhbəri_öldürülüb
Yəmənli mənbələr bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin dövlətinin kəşfiyyat təşkilatı rəisinin Yəmənin xalq qüvvələrinin "əl-Ənəd" bazasına qarşı son pilotsuz hücumunda aldığı yaraların şiddəti üzündən ölməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2019 09:48 Asia/Baku
  • Yəmənin istefa vermiş dövlətinin hərbi kəşfiyyat aparatının rəhbəri öldürülüb
    Yəmənin istefa vermiş dövlətinin hərbi kəşfiyyat aparatının rəhbəri öldürülüb

Yəmənli mənbələr bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin dövlətinin kəşfiyyat təşkilatı rəisinin Yəmənin xalq qüvvələrinin "əl-Ənəd" bazasına qarşı son pilotsuz hücumunda aldığı yaraların şiddəti üzündən ölməsindən xəbər veriblər.

Bu mənbələrin bildirdiklərinə görə, Yəmənin istefa vermiş dövlətinin kəşfiyyat təşkilatının rəisi Muhəmməd Təmah bu ölkənin xalq qüvvələrinin "əl-Ənəd" bazasına qarşı son pilotsuz hücumunda ağır şəkildə yaralanmışdı ki, onun ölüm xəbəri bu gün elan olunubdur.

Yəmən ordusu və xalq komitələri cümə axşamı günü səhər bu ölkənin Ləhic əyalətində yerləşən "əl-Ənəd" bazasını hədəfə aldılar. Nəticədə çoxlu sayada muzdur və onların başçısı öldü və yaralandı.

Ərəbistanın başçılığı altında olan təcavüzkar qüvvələr koalisiyası Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq məqsədilə 2015-ci il martında bu ölkəyə hücum etdi.

Yəmən ordusu və xalq komitələri qüvvələri də səud koalisiyasının təcavüzünə cavab olaraq, səud hərbçiləri və muzdurlarının mövqelərini hədəfə alırlar.