Ərəbistan dünyada 3-cü narkotik istehlakçısıdır
Yan 13, 2019 17:57 Asia/Baku
-
Ərəbistan dünyada 3-cü narkotik istehlakçısıdır
Ərəbistan daxili işlər nazilriyinin statistikalarına əsasən, bu ölkə dünyada 3-cü narkotik istehlakçısıdır və xalqın müxtəlif təbəqələri bu bəladan uzaq deyildirlər.
Livanın əl-Əhd xəbər portalı bildiribdir ki, Ərəbistanda narkotik maddələr qaçaqmalçılığı kimi məhkəmə işləri günbəgün artmaqdadır və bu sahədə həbs olunanların sayı ötən iki ildə üçqat artıbdır.
Ərəbistan daxili işlər nazilriyinin statistikalarına əsasən, bu ölkədə narkotik maddələr istehlakının miqdarı kişilər arasında 54, qadınlar arasında isə 46 faizə çatır.
Həmçinin narkotik maddələr istehlakçılarının 77 faizini məktəblilər və tələbələr təşkil edirlər.