Ədən şəhərində təcavüzkarlara qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332464-Ədən_şəhərində_təcavüzkarlara_qarşı_aksiya_keçirilib
Bir qrup yəmənli aktivist və siyasətçi bir bəyanat yayaraq, oğurlanmış və həbs edilmiş vətəndaşların taleyinə görə Yəmənin istefada olan hökumətini, təhlükəsizlik xidmətini və təcavüzkarların məsuliyyət daşıdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2019 17:18 Asia/Baku
  • Ədən şəhərində təcavüzkarlara qarşı aksiya keçirilib
    Ədən şəhərində təcavüzkarlara qarşı aksiya keçirilib

Bir qrup yəmənli aktivist və siyasətçi bir bəyanat yayaraq, oğurlanmış və həbs edilmiş vətəndaşların taleyinə görə Yəmənin istefada olan hökumətini, təhlükəsizlik xidmətini və təcavüzkarların məsuliyyət daşıdığını bildirib.

İRİB-nin məlumatına görə, yəmənli fəallar bu bəyanatda Ədən şəhərində Birləşmiş Ərəb Əmirliklərinin nəzarəti altında olan zindanlarda saxlanılan onlarla Yəmən vətəndaşının taleyi ilə bağlı nigaranlıq ediblər.

Etiraz aksiyasında iştirak edənlər oğurlanmış şəxslərin taleyinə aydınlıq gətirilməsini və onların gez bir zamanda azad olunmasını istəyiblər.

Həbs olunmuş və oğurlanmış şəxslərin ailələri də bu şəxslərin oğurlanması və onlara işgəncə edilməsində Birləşmiş Ərəb Əmirlikləri və istefada olan Yəmən hökumətinin məsuliyyət daşıdığını bildiriblər. Bir müddət öncə də Ədən şəhərində oğurlanmış yəmənlilərin anaları övladlarının taleyinə aydınlıq gətirilməsi tələbi ilə istefada olan Yəmən hökumətinin daxili işlər naziri Əhməd Məsirinin mənzili önündə aksiya keçirmişdilər.