Bəhreyn xalqının etiraz aksiyası repressiya edildi
Yan 16, 2019 13:11 Asia/Baku
-
Bəhreyn - hökumət əleyhinə aksiya
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvələri paytaxt Manamanın cənubunda yerləşən Əl-Əkər şəhərində etiraz aksiyasını repressiya edib.
İRİB-nin verdiyi məlumata görə, bəhreynli aksiya iştirakçıları Ali-Xəlifə rejiminin repressiyalarına etiraz olaraq xalqı hakim rejimi devirmək üçün ayağa qalxmağa dəvət ediblər.
Bəhreynin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə ediblər.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı ölkədə demokratik quruluşun bərpa olunması və sosial ədalətsizliyə son qoyulmasını istəyir. Ali-Xəlifə rejimi isə xalqın haqlı tələblərini repressiya etməyə çalışır.