Yan 17, 2019 14:56 Asia/Baku
  • Suriyanın Menbic şəhərində partlayış; insan tələfatının sayı artdı
    Suriyanın Menbic şəhərində partlayış; insan tələfatının sayı artdı

Çərşənbə günü suriyanın şimal-şərqində yerləşən Menbic şəhərində törədilmiş partlayışda ölənlərin sayı 23 nəfərə çatıb.

İRNA-nın məlumatına görə, ABŞ hərbçilərinin patrul dəstəsinin hərəkət etdiyi yolda törədilən partlayışda 5 amerikan hərbçi və 18 mülki həyatını itirib.

Partlayışın ardınca ABŞ hərbçiləri hadisə yerini mühasirəyə alıblar. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus helikopterlər də Menbic şəhərinin üzərində uçmağa başlayıblar.

İŞİD terror qruplaşması bu hadisənin məsuliyyətini üzərinə götürüb.

Menbic şəhəri Hələb vilayətinin şimalında, Türkiyə sərhədlərinin yaxınlığında yerləşir.

Teqlər