Səud koalisiyasının əl-Hudəydəyə hücumunda Yəmən vətəndaşları öıdürülüblər
-
Səud koalisiyasının əl-Hudəydəyə hücumu
Yəmən silahlı qüvvələrinin sözçüsü təcavüzkar səud koalisiyası pilotsuzlarının Yəmənin əl-Hudəydə liman şəhərinin şimalına qarşı hücumunda azı yeddi yəmənlinin öldürülməsindən xəbər verib.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri dünən gecə deyib: Əl-Hudəydədə yəmənli qüvvələri hədəfə almaq İsveç razılaşmasının pozulması deməkidr və BMT və sülh razılaşması üzrə müşahidəçilər günahsız yəmənlilərə qarşı hücumun amillərini cəzalandırmalıdırlar.
Səri əlavə edib: Səud təcavüzkarları mərmi ilə yəmənlilərin Əl-Hudəydədəki əkin sahələri, mənzilləri və yaşayış massivlərini hədəfə alıblar. Bu rejiimin qırıcıları da Yəmənin müxtəlif əyalətlərinə qarşı 53 hava hücumu həyata keçiriblər.
Təcavüzkar səud koalisiyasının əl-Hydəydə əyalətinin əl-Fazə məntəqəsinə qarşı hücumlarında biri qadın və ikisi uşaq olmaqla üç yəmənli öldürülüb, dörd yəmənli uşaq da yaralanıbdır.
İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.