Bütün təbəqələrin iştirakı ilə Suriya böhranının siyasi həll yolu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332889-bütün_təbəqələrin_iştirakı_ilə_suriya_böhranının_siyasi_həll_yolu
BMT baş katibi: Suriya xalqının bütün təbəqələrinin qəbul edəcəkləri siyasi həll yolu yaradılmadan Suriyada heç bir siyasi həll yolunun uğur qazanması imkanı yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2019 12:09 Asia/Baku
  • Bütün təbəqələrin iştirakı ilə Suriya böhranının siyasi həll yolu
    Bütün təbəqələrin iştirakı ilə Suriya böhranının siyasi həll yolu

BMT baş katibi: Suriya xalqının bütün təbəqələrinin qəbul edəcəkləri siyasi həll yolu yaradılmadan Suriyada heç bir siyasi həll yolunun uğur qazanması imkanı yoxdur.

Antonio Quterreş dünən Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Suriya hadisələri barədə belə deyib: Suriya böhranındakı üç əsas və vacib elementin mövcudluğuna təkid etməliyik.

Birincisi, Suriyanın istiqlaliyyəti və ərazi bütövlüyünün qorunması.İkincisi, Suriya ilə qonşu olan ölkələrin təhlükəsizliklərinin qorunması. Üçüncüsü, Suriya xalqının bütün təbəqələrinin hüquqlarının rəsmi şəkildə tanınması.

Suriya xalqının bütün təbəqələrinin qəbul edəcəkləri siyasi həll yolu yaradılmadan Suriyada heç bir siyasi həll yolunun uğur qazanması imkanı yoxdur.