Yəmənin mərkəzində 5 səudiyyə muzdlusu ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332979-yəmənin_mərkəzində_5_səudiyyə_muzdlusu_ölüb
Yəmənin mərkəzində yerləşən Məarib vilayətində 5 səudiyyə muzdlusunun öldüyü bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2019 09:30 Asia/Baku
  • Yəmənin mərkəzində 5 səudiyyə muzdlusu ölüb
    Yəmənin mərkəzində 5 səudiyyə muzdlusu ölüb

Yəmənin mərkəzində yerləşən Məarib vilayətində 5 səudiyyə muzdlusunun öldüyü bildirilir.

Əl-Aləm kanalının bildirdiyinə görə, Yəmənin səhiyyə və təhlükəsizlik mənbələri bazar ertəsi günü verdikləri açıqlamada bildiriblər ki, Məarib vilayətində Səudiyyə muzdlularına məxsus mina anbarında baş vermiş partlayış nəticəsində ölənlərin sayının artacağı ehtimal olunur. 

Deyilənlərə görə, ölənlər arasında bir neçə ABŞ vətəndaşı da var. 

Ərəbistanın 2015-ci ilin martından Yəmənə qarşı başlatdığı savaşda indiyə kimi 14 min yəmənli ölüb, on minlərlə insan yaralanıb, milyonlarla nəfər evsiz-eşiksiz qalıb. BMT Yəmənin üzləşdiyi aclıq və qıtlıq böhranını dünyanın ən böyük humanist böhranı adlandırıb. 

Yəmən müharibəsinin ən böyük qurbanları isə qadınlar və uşaqlardır.