Səudiyyə koalisiyası Yəməndə sülh istəmir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332988-səudiyyə_koalisiyası_yəməndə_sülh_istəmir
Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə sülhün bərqərar edilməsinə və İsveçrədə əldə edilmiş atəşkəslə bağlı anlaşmanın icrasına mane olmaq üçün son günlər öz hücumlarını xeyli artırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2019 15:24 Asia/Baku
  • Yəməndə savaş
    Yəməndə savaş

Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə sülhün bərqərar edilməsinə və İsveçrədə əldə edilmiş atəşkəslə bağlı anlaşmanın icrasına mane olmaq üçün son günlər öz hücumlarını xeyli artırıblar.

Səudiyyə qırıcıları Yəmənin paytaxtı Səna şəhərinə 24 raket zərbəsi endiriblər. Bu hücumlarda bir plastik emalatxanasının vurulması 3 mülkinin ölməsinə səbəb olub. Ətrafdakı yaşayış binalarına da zərər və ziyanlar dəyib. Növbəti hədəf Sənanın cənubundakı hərbi bazalar və Əd-Deyləmi hava bazası olub. Təcavüzkar qüvvələr bu hücumlarda Yəmən ordusunun əməliyyat otaqları və pilotsuz uçan aparatları idarəetmə mərkəzlərinin hədəfə alındığını iddia ediblər.

Səna sakinlərindən biri deyir: “Səudiyyə qırıcıları plastik zavodunu vurublar. Burada silah olmayıb. Təcavüzkarlar quduzcasına hər yeri hədəfə alırlar.”

Yəmən rəsmilərindən biri isə deyir: “Onlar heç vaxt pilotsuz təyyarələrin necə və haradan idarə olunduqlarını anlaya bilməyəcəklər. PUA-ları idarəetmə mərkəzlərinə və xalq qüvvələrinin qərargahlarına hücumla bağlı yaydıqları xəbərlər isə şayiədən başqa bir şey deyil. Bunu özləri də bilirlər. Onların əsas məqsədi sülh prosesinə zərbə vurmaqdır.”

İşğalçılar Əl-Hudəydə vilayətində də atəşkəsi 168 dəfə pozublar. Təcavüzkarların qırıcıları və helikopterləri fasiləsiz olaraq Hudəydə şəhəri üzərində uçurlar. Həmçinin, Əl-Məxa limanı vasitəsilə ölkəyə gətirilən yeni hərbi təchizatlar və yeni silahlar muzdlu qüvvələrin olduqları Əş-Şəb şəhəri, Əd-Durəyhəmi məntəqəsi və Əl-Hudəydə hava limanının cənub hissəsinə köçürülüb.  Bu da təcavüzkarların İsveçrə anlaşmasını pozmaq və Əl-Hudəydəni işğal etmək niyyətində olmasından xəbər verir.

Yəməni analitiklərdən biri deyir: “Əl-Hudəydə atəşkəsinə nəzarət edən beynəlxalq heyətin sədri Patrikin bitərəf olmadığı aydındır. Xüsusilə Əmirliklər İsveçrə anlaşması ilə bağlı müsbət baxışa malik deyil və öz muzdlularını gücləndirməklə məşğuldur. Aydın məsələdir ki, düşmən atəşkəs anlaşmasını pozmağa çalışır.”

Bir başqa analitik isə deyir: “Proseslər hərbi qarşıdurmanın şiddətlənməsinə doğru hərəkət edir. Və atəşkəs anlaşmasının icrasına dair BMT rəsmisi də aydın mövqeyə malik deyil. Bu da vəziyyəti mürəkkəbləşdirir. Bu atəşkəs İsveçrə müzakirələrinin nəticəsidir. Əgər bu anlaşmanın icrası üçün bir başqa müzakirəyə ehtiyac varsa, bu anormal durumdur.”

Cəbhə xəttində gedən döyüşlər də şiddətlənib. Əl-Cəvf, Təiz və Əsir vilayətlərində irəliləməyə çalışan muzdlu qüvvələrin 5 hərbi əməliyyatı uğursuz alınıb. Ər-Rəbuə məntəqəsindəki hərbi əməliyyatda isə Yəmənli qüvvələr əks hücuma keçərək, təcavüzkarları geri oturdublar. Yəmənin ordu qərargahı da önləyici silahlara və mütəşəkkil qüvvələrə malik olan yəmənli qüvvələrin savaş meydanında düşmənlə üzləşməyə hazır olduqlarını elan edib.