BMT: Suriyaya qarşı hava hücumları regionun sabitliyinin zərərinədir
-
BMT: Suriyaya qarşı hava hücumları regionun sabitliyinin zərərinədir
BMT baş katibinin sözçüsü sionist rejimin Suriyaya qarşı hücumlarını regional sabitliyin zərərinə adlandırıb.
Stefan Ducarik IRNA-nın sionist rejimin Suriyaya qarşı hücumları barədəki sualını belə cavablandırıb: Bu hücumlar regionun sabitliyinin zərərinədir və iki tərəf arasındakı uzunmüddətli atəşkəsi təhlükəyə salır.
Ducarik əlavə edib ki, bu bölgədəki gərginliyi azaltmaq məqsədilə sionist qüvvələr və Suriya rəsmiləri ilə əlaqə saxlayır.
Sionist rejim qırıcıları dünən səhər tezdən Suriyanın paytaxtı Dəməşqə hücum ediblər. Suriya medialarının məlumatlarına əsasən, bu ölkənin hava hücumundan müdafiə qüvvələri bir neçə raketi izləyərək, onları məhv ediblər.
Sionist rejim beynəlxalq qanunlara zidd olaraq, cari ayda üç dəfə Suriya ərazisinə hücum edibdir.