Səud koalisiyası əl-Hudəydədə atəşkəsin pozucusudur
-
Səud koalisiyası əl-Hudəydədə atəşkəsin pozucusudur
Yəmən silahlı qüvvələrinin sözçüsü bu ölkənin əl-Hudəydə liman şəhərində atəşkəsin təcavüzkar səud koalisiyası tərəfindən pozulmasının davam etməsindən xəbər verib.
Yəhya əl-Səri deyib: Səud təcavüzkarları ötən iki sutka ərzində əl-Hudəydə şəhərində atəşkəsi 306 dəfə pozublar.
Səri əlavə edib: Səud koalisiyasının tabeliyində olan qüvvələr raket və mərmi ilə əl-Hudəydə şəhərinin müxtəlif məntəqələrini, o sıradan əl-Şəəb, "Hənacir əl-Həşidi", əl-Səbiani, əl-Fazə, əl-Zəəfəran və əl-Şəyx məntəqələrini, həmçinin bu şəhərin hərbi hava limanını hədəfə alıblar.
Ərəbistan qırıcıları da 56 dəfə Yəmənin müxtəlif məntəqələrini, o cümlədən Təiz, Səna, Səədə, əl-Cuf və Həccə əyalətlərini bombardman ediblər.
İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.
Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.
Yəmən sülh müzakirələrinin dördüncü dövrü yəmənli tərəflərin iştirakı və BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin sədrliyi ilə dekabrın altısında İsveçin Stokholm şəhərində başlandı və dekabrın 13-də tərəflərin əl-Hudəydədə atəşkəs barədə razılaşması ilə öz işini başa vurdu.