Yan 22, 2019 16:25 Asia/Baku
  • Suriyada terrorçuların bir cəbbəxanası aşkar edilib
    Suriyada terrorçuların bir cəbbəxanası aşkar edilib

Rusiyanın Suriyadakı hərbi qüvvələrinin sözçüsü bu ölkənin Darayya məntəqəsində silahlı qruplara aid bir cəbbəxananın aşkar edilməsindən xəbər verib. Cəbbəxanadakı silahlar əksərən Şərqi Avropa ölkələri, Fransa və ABŞ istehsalıdırlar.

Rusiyanın Suriyadakı hərbi qüvvələrinin sözçüsü Valeri Şkolnik deyib ki, cəbbəxanadakı silahlar son zamanlar təslim olmuş terrorçulara aid olan tanka qarşı silah növlərinə şamil olur.

Belə bir halda, YPG kürdlərinə yaxın bir mənbə deyib: Amerikanın xüsusi təyinatlı qüvvələri öz hərbi təchizatları ilə Suriyanın Hələb vilayətindəki Kubani və Həsəkə vilayətindəki Rəmilan bazalarından çıxaraq, cari ayın sonunadək İraq Kürdüstanı məntəqəsinə getməlidirlər.

Terrorçuların Suriyanın qanuni dövlətini devirməkdə yeddi il aciz qalmalarından sonra ABŞ prezidenti Donald Tramp ötən milad ili dekabrın 19-da amerikalı hərbçilərin yaxın gələcəkdə Suriyanı tərk edəcəklərindən xəbər verdi.

Teqlər