Laziqiyyədə partlayış
Yan 22, 2019 18:03 Asia/Baku
-
Laziqiyyədə partlayış
İnformasiya mənbələri Suriyanın şimal-qərbində yerləşən Laziqiyyə şəhərində bomba qoyulmuş bir avtomobilin partlamasından xəbər veriblər.
Suriyanın dövlət televiziyası bildiribdir ki, bu gün axşam Laziqiyyə şəhərinin əl-Həmam meydanında bomba qoyulmuş bir avtomobil partlayıb. Nəticədə bir nəfər ölüb, dörd nəfər də yaralanıbdır.
Suriya televiziyası həmçinin bildiribdir ki, təhlükəsizlik qüvvələri başqa bir bombanı Laziqiyyə şəhərinin əl-Həmam meydanında partlamazdan öncə zərərsizləşdiriblər.
Bazar günü də Əfrin şəhərində bir ədəd avtobusun partlaması nəticəsində on nəfər ölmüş, on səkkiz nəfər də yaralanmışdı.
Digər bir partlayış da Dəməşqin əl-Məthəlq məntəqəsində baş verib. Nəticədə bir qrup suriyalı yaralanıbdır.