Ərəbistanın cənubunda 30 səud muzduru öldürülüb
-
cənubunda 30 səud muzduru öldürülüb
Yəmənin ordusu və xalq komitələri qüvvələri dünən gecə qəfil bir əməliyyatda Ərəbistanın cənubunda yerləşən Cizan məntəqəsində 30 səud muzdurunu öldürə biliblər.
Bu əməliyyatda çoxlu sayda səud muzduru da yaralanıbdır.
Yəmənin ordusu və xalq komitələri qüvvələri həmçinin Cizanda yerləşən “Cəbəl əl-Nar məntəqəsinin şərqində və cənubunda səud muzdurlarının bir neçə bazasını ələ keçirməyə müvəffəq olublar.
Yəmənin ordusu və xalq komitələri qüvvələri səudların çoxlu miqdarda silah və hərbi təchizatlarını da qənimət götürüblər.
Yəmən ordusunun Ərəbistanın cənub sərhədlərində, xüsusən Cizandakı irəliləyişləri tam aydın şəkildə görünür.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.