Suriya ordusu Həmah ətrafında geniş əməliyyat həyata keçirib
Yan 24, 2019 11:40 Asia/Baku
-
Suriya ordusu Həmah ətrafında geniş əməliyyat həyata keçirib
Suriya ordusunun bölmələri təkfirçi terrorçuların bu ölkənin Həmah vilayətinin məntəqələrinə qarşı hücumları ilə bir zamanda terrorçuların mövqelərini hədəfə alıblar.
Terror qrupları bir daha gərginliyin azaldıılması məntəqələri üzrə razılaşmanı pozaraq, Mhərdə şəhərinə və Həmah-ın şimal ətrafında yerləşən Səlhəb kəndinə bir neçə mərmi atıblar.
Suriya ordusunun əməliyyatında onlarla İŞİD terrorçusu öldürülübdür.
Digər bir xəbərə görə, bu gün bomba qoyulmuş bir avtomobil Əfrin şəhərində Türkiyədən dəstək alan Əhrarulşərqiyyə yarımhərbçilərinin qərargahının yaxınlığında partlayıb. Ölən və yaralananların sayı barədə dəqiq məlumatlar yayılmayıbdır.
Hələ bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.