Sionist general Suriyanın müdafiə gücünü etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333165-sionist_general_suriyanın_müdafiə_gücünü_etiraf_edib
Sionist rejim ordusunun ehtiyatda olan bir generalı Suriya ordusunun müdafiə gücü və hərbi qüdrətini etiraf edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2019 14:22 Asia/Baku
  • Sionist general Suriyanın müdafiə gücünü etiraf edib
    Sionist general Suriyanın müdafiə gücünü etiraf edib

Sionist rejim ordusunun ehtiyatda olan bir generalı Suriya ordusunun müdafiə gücü və hərbi qüdrətini etiraf edibdir.

Sionist rejim ordusunun ehtiyatda olan generalı Yakop Amidour Suriyanın Təl-Əviv hava limanına qarşı hücuma dair təhdidinə reaksiyada deyib ki, Suriya ordusu belə bir hədəni reallaşdırmaq qüdrətinə malikdir.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar əl-Cəfəri sionist rejimin Dəməşq beynəlxalq hava limanına qarşı son düşmənçilik hücumlarının davam etməsindən sonra Təl-Əviv hava limanının bombalanması ehtimalını irəli sürübdür.

Sionist rejim qırıcıları bazar ertəsi günü səhər tezdən Suriyanın paytaxtı Dəməşqə hücum etdilər.

Suriya medialarının məlumatlarına görə, bu ölkənin hava hücumundan müdafiə qüvvələri sionist rejim qırıcıları tərəfindən atılmış bir neçə raketi izləyərək, məhv ediblər.

Sionist rejim beynəlxalq qanunlara zidd olaraq, təkcə bu ilin yanvarında üç dəfə Suriya ərazisinə hücum edibdir.