Əfqanıstanda həcc üzrə məsul şəxslərdən biri öldürülüb
Yan 24, 2019 16:57 Asia/Baku
-
Əfqanıstanda həcc üzrə məsul şəxslərdən biri öldürülüb
Əfqanıstanın Hərat vilayətinin Quryan rayonunun həcc və vəqflər idarəsinin müdiri naməlum şəxslər tərəfindən öldürülüb.
Hərat vilayətinin həcc və vəqflər idarəsinin müdiri Seyid Muhəmməd Şirzadi deyib: Quryan rayonunun həcc və vəqflər idarəsinin müdiri Moləvi Abdullah Nəzəri bu gün öz iş yerinə gedərkən naməlum şəxslər tərəfindən öldürülüb.
O, əlavə edib: Naməlum şəxslər ötən həftə Quryan rayonunun həcc və vəqflər idarəsinin müdirinə xəbərdarlıq etmişdilər ki, vəzifəsindən istefa versin. Amma o, öz işini davam etdirdi və təəssüflə, bu gün naməlum şəxslər tərəfindən hədəfə alındı.
İndiyədək bir şəxs və ya qrup bu terrorun məsuliyyətini üzərinə götürməyibdir.