ABŞ Suriyada yeni hərbi baza yaradır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333183-abŞ_suriyada_yeni_hərbi_baza_yaradır
ABŞ prezidentinin bu ölkə hərbçilərinin Suriyadan çıxarılacağını elan etməsinə baxmayaraq, bu ölkə ordusu Suriyada yeni hərbi baza yaradır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2019 09:08 Asia/Baku
  • ABŞ Suriyada yeni hərbi baza yaradır
    ABŞ Suriyada yeni hərbi baza yaradır

ABŞ prezidentinin bu ölkə hərbçilərinin Suriyadan çıxarılacağını elan etməsinə baxmayaraq, bu ölkə ordusu Suriyada yeni hərbi baza yaradır.

İRNA-nın məlumatına görə, Suriya mənbələri cümə axşamı bildiriblər ki, bu hərbi baza Suriyanın şərqində, Deyrəzzur vilayətinin cənubunda, Əl-Bəsirə şəhərinin yaxınlığında yaradılır. 

Bu hərbi bazanın təsis edilməsi ilə Fərat çayının digər sahilində Suriya ordusunun Əl-Bulil şəhərindəki bazası birbaşa olaraq ABŞ hərbçilərinin hədəf mənzilinə girmiş olacaq. 

ABŞ hazırda Suriyanın şərqində və şimal-şərqində 21 hərbi bazaya malikdir. 

ABŞ hərbçiləri 27 noyabrda da Təl-Əbyəz və Səluk şəhərlərinin orta məsafəsində, Suriyanın Türkiyə ilə sərhədlərinə yaxın ərazidə bir hərbi baza yaratmışdı. 

ABŞ prezidenti Donald Tramp 19 dekabr 2018-ci ildə amerikalı hərbçilərin 30 gün ərzində Suriyadan çıxarılacaqlarını dediyi bir şəraitdə, bu ölkə ordusu Suriyada yeni bazalar yaradır.