Ərəbistanın Yəməndə növbəti cinayəti \ Bir ailənin 4 üzvü qırğın edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333282-Ərəbistanın_yəməndə_növbəti_cinayəti_bir_ailənin_4_üzvü_qırğın_edildi
Səuriyyə qırıcılarının Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətindəki Məstba məntəqəsinə olan hücumlarında bir ailənin 4 üzvü qətlə yetirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2019 09:44 Asia/Baku
  • Bir ailənin 4 üzvü qırğın edildi
    Bir ailənin 4 üzvü qırğın edildi

Səuriyyə qırıcılarının Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətindəki Məstba məntəqəsinə olan hücumlarında bir ailənin 4 üzvü qətlə yetirilib.

İRNA-nın məlumatına görə, Ərəbistan qırıcıları Hərz və Midi şəhərlərini də 4 dəfə hədəfə alıblar. 

Səudiyyə qırıcıları bundan öncə də dəfələrlə Yəməndə mülki əhalini hədəfə alıblar. 

Ərəbistan ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martından Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkə ilə birlikdə Yəmənə qarşı geniş hücumlara başlayıb. Bu hücumlarda indiyə kimi on minlərlə insan ölüb və  yaralanıb. Milyonlarla nəfər isə evsiz qalıb. 

Ərəbistanın dünyanın ən yoxsul ölkəsini hərtərəfli mühasirədə saxlaması bu ölkəni aclıq və humanitar fəlakətə sürükləyib. 

Ali-Səud və müttəfiqləri bütün vəhşiliklərinə rəğmən Yəmən xalqının güclü müqaviməti ilə üzləşərək, öz məqsədlərinə nail ola bilməyiblər.