Yəmənlilər Ərəbistanın cənubunda pilotsuz və artilleriya əməliyyatları keçiriblər
-
Yəmənlilər Ərəbistanın cənubunda pilotsuz və artilleriya əməliyyatları keçiriblər
Yəmənli mənbələr bu ölkənin ordusu və xalq komitələri qüvvələrinin pilotsuz və artilleriya bölmələrinin Ərəbistanın cənubunda əməliyyatlar keçirmələrindən xəbər veriblər.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin pilotsuz uçan aparatlar-PUA bölməsi səud hərbçiləri və onların muzdurlarının Ərəbistanın cənubunda yerləşən Əsir vilayətindəki toplanış məkanlarını hədəfə alıbdır.
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi də səud muzdurlarının və onların avtomobillərinin Cizan-da yerləşən “Cəbəl Cəhfan” məntəqəsinin şərqindəki toplanış məkanlarını hədəfə alıbdır.
Yəmənli mənbələr bildiriblər ki, bu əməliyyatda səudlara və onların muzdurlarına ağır tələfat və xəsarətlər dəyibdir.
Yəmənin son raket, PUA və artilleriya hücumları İsveç razılaşmasının pozulmasına və təcavüzkar səud koalisiyasının əl-Hudəydədə atəşkəsə sadiq qalmamasına cavab olaraq həyata keçirilir.