Səədə əyalətində bəzi yəmənli qəbilələr ümumi səfərbərlik elan ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333366-səədə_əyalətində_bəzi_yəmənli_qəbilələr_ümumi_səfərbərlik_elan_ediblər
Media mənbələri Yəmənin Səədə əyalətinin şərqindəki “Kətaf” bölməsi qəbilələrində ümumi səfərbərliyin və hazırlığın elan olunmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2019 09:23 Asia/Baku
  • Səədə əyalətində bəzi yəmənli qəbilələr ümumi səfərbərlik elan ediblər
    Səədə əyalətində bəzi yəmənli qəbilələr ümumi səfərbərlik elan ediblər

Media mənbələri Yəmənin Səədə əyalətinin şərqindəki “Kətaf” bölməsi qəbilələrində ümumi səfərbərliyin və hazırlığın elan olunmasından xəbər veriblər.

“Kətaf” bölməsinin qəbilələri və əhalisi döyüş cəbhələrində Yəmənin ordusu və xalq komitələri qüvvələri üçün ərzaq karvanı göndəriblər.

Yəmənin hərbi mənbələri də bir qrup səud muzdurunun Ərəbistanın cənubundakı Əsir əyalətinin əl-Rəbuə məntəqəsində hücumunun uğursuz qalması və Cizanda yəmənli qüvvələr tərəfindən mövqeyinin atəşə tutulmasından sonra qaçmasından xəbər veriblər.

Yəmənin ordusu və xalq komitələri həmçinin səud muzdurlarının bu ölkənin şimalında yerləşən əl-Cuf əyalətindəki toplaşma məkanını hədəfə alıblar. Nəticədə bir qrup səud muzduru öldürülüb, digər bir qrup isə yaralanıbdır.