Ərəbistanın cənubunda 20 səud muzduru öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333391-Ərəbistanın_cənubunda_20_səud_muzduru_öldürülüb
Yəmənli qüvvələr Ərəbistanın cənubunda səud muzdurları ilə döyüşdə azı iyirmi muzduru öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2019 05:49 Asia/Baku
  • 20 səud muzduru öldürülüb
    20 səud muzduru öldürülüb

Yəmənli qüvvələr Ərəbistanın cənubunda səud muzdurları ilə döyüşdə azı iyirmi muzduru öldürüblər.

Bir yəmənli hərbi mənbə bildirib ki, dünən axşam Ərəbistanın cənubundakı Nəcran əyalətində yerləşən Şəcəə hərbi bazasında yəmənli qüvvələrlə səud muzdurları arasındakı döyüşdə əllidən çox səud muzduru da yaralanıbdır.

Belə bir halda, yəmənli qüvvələr Ali-Səud rejiminin Yəmən xalqına qarşı cinayətlərinə cavab olaraq, “Zəlzal-1” tipindən olan iki ballistik raketlə səud muzdurlarının Nəcran əyalətinin əl-Bəqəə səhrasındakı toplaşma məkanını hədəfə alıblar.

Bu raket hücumunun ehtimal üzrə törətdiyi tələfat barədə bir məlumat daxil olmayıbdır.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.