Yəmən xalqı əmirliklərin təxribatçı hərəkətlərinə etiraz edib
Əmirliklərin Yəməndəki məxfi məhbəslərində saxlanılan məhbusların ailələri Ədən şəhərində etiraz aksiyası keçiriblər.
Yəmənin cənubundakı məxfi məhbəslərdə saxlanılan məhbusların ailələri istefa vermiş prezident Əbd Rəbbuh Mənsur Hadinin dövlətinin daxili işlər naziri olmuş Əhməd əl-Misrinin evi qarşısında etiraz aksiyası keçiriblər.
Onlar “Yəməndə məxfi zindan və ya işgəncə mövcud deyil” deyən Yəmən daxili işlər nazirinin müavini general-mayor Əli Nasirin çıxışına etiraz ediblər.
Aksiya iştirakçıları öz övladlarının itkin düşmələri və həbs olunmalarında Yəmən daxili işlər nazirliyinin məsuliyyət daşıdığını bildirərək, onların talelərinin aydınlaşmasını tələb ediblər.
Yəmənin cənub şəhərləri bu ölkənin ordusu və Ənsarullah qüvvələrinin onlardan çıxmalarından sonra əmin-amansızlıq və problemlərə düçar olublar.