Knesset-in ekstremist üzvü Məsciduləqsa-ya hörmətsizlik edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333442-knesset_in_ekstremist_üzvü_məsciduləqsa_ya_hörmətsizlik_edib
Sionist rejim parlamenti- knesset-in bir ekstremist üzvü öz izdivac mərasiminin bir hissəsini Məsciduləqsa-da keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2019 16:34 Asia/Baku
  • Knesset-in ekstremist üzvü Məsciduləqsa-ya hörmətsizlik edib
    Knesset-in ekstremist üzvü Məsciduləqsa-ya hörmətsizlik edib

Sionist rejim parlamenti- knesset-in bir ekstremist üzvü öz izdivac mərasiminin bir hissəsini Məsciduləqsa-da keçirib.

Knesset-in ekstremist üzvü İequda Qlik sionist rejim hərbçilərinin şiddətli himayəsi altında onlarla sionist qəsəbə sakini ilə yanaşı Məsciduləqsa-ya hörmətsizlik edib.

Knesset-in bu üzvü öz mobil telefonu ilə izdivacı münasibətilə yəhud mərasiminin keçirilməsindən və Məsciduləqsa-ya hörmətsizlik etməsi anından səhnələr çəkibdir ki, onun bu nalayiq hərkətləri Məsciduləqsa-nın daxilindəki fələstinli namazqılanların emosiyalarına toxunaraq, onların hiddəti və əsəbiliyinə səbəb olubdur.

Məsciduləqsa, Beytulmuqəddəsin islami və xristian mahiyyətini aradan götürmək və onu sionizm simvolları ilə əvəz etmək istiqamətində sionist rejim hərbçilərinin və sionist qəsəbə sakinlərinin nalayiq hərkətləri məkanına çevrilibdir.

Belə bir halda, BMT-nin YUNESKO təşkilatı 2017-ci ilin oktyabrında bildiribdir ki, Məsciduləqsa müsəlmanlara aiddir və yəhudilərlə heç bir əlaqəsi yoxdur.