Yəmənlilər Ərəbistanın təcavüzlərinə raketləcavab verdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333499-yəmənlilər_Ərəbistanın_təcavüzlərinə_raketləcavab_verdilər
Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı səhər Ərəbistanın bu ölkəyə olan hücumlarının davam etməsinə cavab olaraq Nəcran vilayətində Səudiyyə qüvvələrinin mövqeyini 6 ədəd Zilzal-1 ballistik raketi ilə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2019 09:02 Asia/Baku
  • Yəmənlilər Ərəbistanın təcavüzlərinə raketləcavab verdilər
    Yəmənlilər Ərəbistanın təcavüzlərinə raketləcavab verdilər

Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı səhər Ərəbistanın bu ölkəyə olan hücumlarının davam etməsinə cavab olaraq Nəcran vilayətində Səudiyyə qüvvələrinin mövqeyini 6 ədəd Zilzal-1 ballistik raketi ilə hədəfə alıblar.

Əl-Aləm kanalının bildirdiyinə görə, bu əməliyyatda Səudiyyə qüvvələrinin Ərəbistanın Nəcran vilayətindəki, Əl-Bəqə səhrasında yerləşən Südəys bazasındakı mövqeləri hədəfə alınıb. 

Yəmənin hərbi rəsmilərindən birinin Əl-Məsirə informasiya kanalına verdiyi müsahibədə dedyinə görə, bu raketlərdən dördü tam dəqiqliklə Südəys bazasını vurub. Digər iki raket isə Bəqə səhrasında səudiyyə qüvvələrinin mövqelərinə düşüb. 

Yəmən ordusu və xalq qüvvələri demək olar ki, hər gün Ərəbistan ərazisini ballistik raketlər ilə hədəfə alırlar. Bu, Səudiyyə rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə olan hücumlarına cavab sayılır.