Suriyanın Makronun iddialarına reaksiyası: Dəməşq terrorçuların himayədarlarıilə əlaqə qurmağa maraq göstərmir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333501-suriyanın_makronun_iddialarına_reaksiyası_dəməşq_terrorçuların_himayədarlarıilə_əlaqə_qurmağa_maraq_göstərmir
Suriyanın Xarici İşlər Nazirliyi bazar ertəsi günü axşam Fransa prezidenti Emanuel Makronun "Dəməşq indiyə kimi siyasi danışıqlara hazır olduğuna dair hansısa siqnal verməyib" deməsinə reaksiya olaraq bildirib: Dəməşq terrorçuları himayə edən dövlət ilə əlaqə qurmağa maraq göstərmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2019 09:03 Asia/Baku
  • Suriyanın Makronun iddialarına reaksiyası: Dəməşq terrorçuların himayədarlarıilə əlaqə qurmağa maraq göstərmir
    Suriyanın Makronun iddialarına reaksiyası: Dəməşq terrorçuların himayədarlarıilə əlaqə qurmağa maraq göstərmir

Suriyanın Xarici İşlər Nazirliyi bazar ertəsi günü axşam Fransa prezidenti Emanuel Makronun "Dəməşq indiyə kimi siyasi danışıqlara hazır olduğuna dair hansısa siqnal verməyib" deməsinə reaksiya olaraq bildirib: Dəməşq terrorçuları himayə edən dövlət ilə əlaqə qurmağa maraq göstərmir.

İRİB-nin bildirdiyinə görə, Suriyanın Xarici İşlər Nazirliyi öz bəyanatında Emanuel Makronun Dəməşq əleyhinə səsləndirdiyi fikirlərin Fransanın Suriya əleyhinə fitnə planının iflasa uğramasının nişanəsi adlandırıb və bildirib: Fransa prezidenti Suriya xalqının qanına bulaşmış əllərini yumağa çalışır. 

Fransa prezidenti Emanuel Makron bazar ertəsi günü Qahirədə Misirin prezidenti Əbdülfəttah Əssisi ilə birgə mətbuat konfransında Suriya hökumətinin siyasi danışıqlara hazır olduğuna dair hansısa mesaj vermədiyini iddia edərək, Dəməşq ilə əlaqələrin normallaşdırılmasını məsuliyyətsiz qərar adlandırıb. 

Son günlər bir çox Ərəb ölkəsi o cümlədən Mərakeş və İordaniya Dəməşq ilə əlaqələrin normallaşdırılmasını və Suriyanın Ərəb Liqasındakı üzvlüyünün bərpa edilməsini istəyiblər.