Yəmənin Əl-Məxasında partlayış; onlarla ölü və yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333517-yəmənin_Əl_məxasında_partlayış_onlarla_ölü_və_yaralı
Yəmənin Təiz vilayətində yerləşən Əl-Məxa şəhərində baş verən partlayış nəticəsində 42 yəmənli ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2019 18:03 Asia/Baku
  • Yəmənin Əl-Məxasında partlayış; onlarla ölü və yaralı
    Yəmənin Əl-Məxasında partlayış; onlarla ölü və yaralı

Yəmənin Təiz vilayətində yerləşən Əl-Məxa şəhərində baş verən partlayış nəticəsində 42 yəmənli ölüb və yaralanıb.

İSNA-nın məlumatına görə, bu  hadisə bomba quraşdırılmış bir motorsikletin Əl-Məxa şəhərində bir restoranın yaxınlığında partlaması nəticəsində baş verib. Nəticədə 6 nəfər ölüb, 36 nəfər yaralanıb.

Əl-Məxa strateji əhəmiyyətli Babül-Məndəb boğazından 75 kilometr aralıda yerləşir və istefada olan prezident Əbdürrəbbə Mənsur Hadiyə bağlı qüvvələrin nəzarəti altındadır.

Bu məlumata görə, hadisə nəticəsində ölənlər arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dəbi informasiya kanalının iki jurnalisti də var. Hələ ki, bu partlayışın məsuliyyətini üzərinə götürən olmayıb.