Qəzzə zolağında bir fələstinlinin şəhadəti
Yan 30, 2019 08:47 Asia/Baku
-
Qəzzə zolağında bir fələstinlinin şəhadəti
Böyük "Qayıdış Haqqı" yürüşünün 43-cü cüməsində Qəzzə zolağında sionist hərbçilər tərəfindən yaralanan bir fələstinli çərşənbə axşamı yaralarının ağırlığı üzündən şəhid olub.
Əl-Aləm kanalının bildirdiyinə görə, 47 yaşlı Səmir Qazi Ən-Nəbahi 18 yanvarda Qəzzə zolağının mərkəzində, Əl-Bric düşərgəsinin şərqində sionist hərbçilərin gülləsinə tuş gəlmişdi.
"Qayıdış Haqqı" yürüşləri 30 mart 2018-ci il tarixində "Torpaq Günü"ndə başlayaraq, bu günə kimi davam edir.
O zamandan bəri "Qayıdış Haqqı" yürüşlərində 270 fələstinli İsrail hərbçilərinin atəş açması nəticəsində şəhid olub, 26 min nəfər isə yaralanıb.