Amerikan koalisiya Suriya xalqına qarşı qırğını davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333713-amerikan_koalisiya_suriya_xalqına_qarşı_qırğını_davam_etdirir
ABŞ-ın komandanlığı altında olan sözdə anti-İŞİD beynəlxalq koalisiyası qırıcılarının dünən Suriyanın şərqindəki Diyrəzzur vilayətinin əl-Bağuz kəndinə qarşı hücumunda səkkiz mülki həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2019 07:33 Asia/Baku
  • Amerikan koalisiya Suriya xalqına qarşı qırğını davam etdirir

ABŞ-ın komandanlığı altında olan sözdə anti-İŞİD beynəlxalq koalisiyası qırıcılarının dünən Suriyanın şərqindəki Diyrəzzur vilayətinin əl-Bağuz kəndinə qarşı hücumunda səkkiz mülki həyatını itirib.

Suriyalı mənbələr bildiriblər ki, bu hücumda beş uşaq və üç qadın öldürülübdür.

Amerikan koalisiyanın qırıcıları son həftələrdə dəfələrlə Diyrəzzur vilayətinin müxtəlif məntəqələrini bombalayıblar. Amerikan koalisiya bu hücumların bəzilərində qadağan edilmiş fosfor bombalarından istifadə edibdir.

Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan koalisiyanın Suriyadakı cinayətlərinə son qoymalarını istəyibdir.